Sərnişin avtobusu dərəyə aşdı: 23 nəfər öldü

Sərnişin avtobusu dərəyə aşdı: 23 nəfər öldü
15:42 11 May 2015
26 Sosial
Ölkə mətbuatı
A- A+

Hindistanda sərnişin avtobusunun dərəyə aşıb
APA-nın “TASS”-a istinadən verdiyi məlumata görə, hadisə bu gün Cammu və Kəşmir vilayətində baş verib. Nəqliyyat vasitəsi yoldan çıxaraq 60 metr hündürlükdən dərəyə aşıb. Hadisə nəticəsində 23 nəfər ölüb, 35-dən çox sərnişin xəsarət alıb. Xəsarət alanlardan 6-sı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
 
İlkin ehtimala görə, hadisə sürücünün idarəetməni itirməsi nəticəsində baş verib. Hadisə yerində xilasetmə əməliyyatları davam etdirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/339761.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR