Tiflisdə naməlum şəxs avtomobillə Azərbaycan vətəndaşını vuraraq qaçıb

17:42 11 May 2015
44 Dünya
Ölkə mətbuatı
A- A+

[ 11 May 2015 17:36 ]

Tiflis. Nizami Məmmədzadə - APA. Gürcüstanda naməlum şəxs avtomobil ilə Azərbaycan vətəndaşı Elnur Zeynalovu vuraraq qaçıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, hadisə dünən gecə saat 22.00 radələrində Tiflisdə baş verib.

 

Hadisə şahidlərinin bildirdiyinə görə, sürücü "Volkswagen Golf" markalı avtomobili sürətlə idarə edib və tələbəni vurduqdan sonra maşını saxlamadan hadisə yerindən qaçıb. Tiflis Dövlət Tibb Universitetinin II kurs tələbəsi olan E. Zeynalov dostunun ad günü mərasimindən evə qayıdırmış. Hadisə nəticəsində 1996-cı il təvəllüdlü E. Zeynalov kəllə-beyin travması alıb. Hazırda o, Tiflisin Mərkəzi klinikasındadır.

 

Polis faktla bağlı araşdırma aparır.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/383087

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR