[ 11 May 2015 18:43 ]



Bakı - APA. Daxili İşlər Nazirliyinin (DİN) Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü ilə paytaxtın Xəzər rayonunun Binə qəsəbəsində məskunlaşmış Lerik rayon sakinlərinə şəxsiyyət vəsiqələri verilib.

DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Lerik Rayon Polis Şöbəsi əməkdaşlarının iştirakı ilə 250 nəfərə yeni şəxsiyyət vəsiqələri təqdim olunub.

Mütəmadi şəkildə təşkil olunan belə tədbirlər digər bölgələrdə də davam etdirilir.