Ön cəbhədə konsert verildi (FOTO)

Ön cəbhədə konsert verildi (FOTO)
02:31 12 May 2015
119 Şou
Ölkə mətbuatı
A- A+

Tovuzda ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü yüksək səviyyədə qeyd edilib.

ANS PRESS-in məlumatına görə, Tovuz şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü qeyd edilib.

Rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov, Milli Məclisin deputatı Qənirə Paşayeva, ictimaiyyət nümayəndələri Heydər Əliyev parkında ümummilli liderin möhtəşəm abidəsi önünə tər-çiçək dəstələri qoyaraq, dahi şəxsiyyətin xatirəsini ehtiramla anıblar.

Tədbirdə rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov, Milli Məclisin deputatı Qənirə Paşayeva və başqaları çıxış edərək ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurulması, müstəqilliyinin qorunub saxlanılması istiqamətindəki xidmətlərindən söz açıblar.

Diqqətə çatdırılıb ki, bu gün ümummilli liderin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycan sürətli inkişaf mərhələsini yaşayır. Sonra parkda millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB və rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycanın Əməkdar artisti Aybəniz Haşımovanın, istedadlı gənc müğənillər Vəli Səfərov və Aybəniz xanımın rəhbərlik etdiyi Bülbüllər ansamblının və yerli sənətçilərin möhtəşəm konsert programı keçirilib.

Minlərlə rayon sakininin iştirakı ilə keçirilən tədbirin sonunda Aybəniz xanıma və qonaqlara qədim musiqi aləti saz hədiyyə olunmaqla bərabər millət vəkili Qənirə Paşayeva onlara təşəkkürünü bildirib və "inşallah Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə bu cür gözəl tədbirləri işğaldan azad edəcəyimiz Dağlıq Qarabağımızda, Şuşada və bütün o gözəl torpaqlarımızda da qeyd edək" - deyib.



































Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=343823

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR