Bakıda şirkətdə YANĞIN

Bakıda şirkətdə YANĞIN
10:54 16 Yanvar 2015
90 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda şirkətdə yanğın olub.  Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, hadisə Nərimanov rayonunda vətəndaşa məxsus ümumi sahəsi 300 kv.m olan "Qlobus" şirkətində baş verib.

 

Hadisə zamanı şirkətin ikimərtəbəli 10 otaqlı ofisinin 2-ci mərtəbəsində bir otağın, dəhlizin yanar konstruksiyaları və əşyaları 35 kv.m sahədə yanıb.

 

Ofisin qalan hissəsi yanğından mühafizə olunub.

 

Yanğın saat 04:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/190512

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR