Forumu giriş sözü ilə Latviya prezidenti Andris Berzinş açacaq.
Forum çərçivəsində həmçinin Şərq Tərəfdaşlığı və Aİ ölkələri arasında biznes tərəfdaşlığına yardım məqsədilə bir sıra ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulub.
Xatırladaq ki, Şərq Tərəfdaşlığı proqramı 2009-cü ildə işə başlayıb. O, Aİ-nin 6 ölkə - Azərbaycan, Ermənistan, Gürcüstan, Ukrayna, Moldova və Belarusla yaxınlaşması məqsədini daşıyır.