Yaponiya hökuməti fövqəladə hallarda öz iclaslarını telefonla keçirəcək

Yaponiya hökuməti fövqəladə hallarda öz iclaslarını telefonla keçirəcək
12:18 16 Yanvar 2015
183 Maraqlı
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 16 yanvar /Trend /

Yaponiya hökuməti xüsusilə fövqəladə məsələlərlə bağlı qərarların qəbul edilməsinin maksimum sürətləndirməkdən ötrü müstəsna hallarda öz iclaslarını telefonla keçirəcək. Bu barədə Trend TASS agentliyinə istinadən xəbər verir.

Kabinet dəftərxanasından bildirildiyi kimi, müvafiq texniki məsələlər bu il aprelin sonuna kimi həll ediləcək. Onlar müşavirələrin keçirilməsi üçün hansı telefonlardan istifadə ediləcəyi, məxfiliyin təmin edilməsi və dinlənilmələrdən necə müdafiə olunmaqla bağlıdır.

Həmçinin telefon müşavirəsinin rəsmi yazısının protokol rolunu oynayacaq etibarlı mexanizminin təşkili həll edilib.

Hələ keçən ilin yayında kabinet böhranlı vəziyyətlərə, həmçinin terror aktları, tanınmamış gəmilərin və ya sualtı gəmilərin Yaponiya sularında görünməsinə münasibət göstərilməsi sistemini müasirləşdirməyi qərara alıb.

Hazırda qüvvədə olan sistem hökumətin qərarını tez hazırlamağa və sonra sadəcə kuryerlər vasitəsilə nazirlərin imzalarını toplamağa imkan verir. Ancaq Tokioda qərara alıblar ki, bəzi vəziyyətlərdə bu kifayət etmir. Hökumət mənbələrinin bildirdiyi kimi, fövqəladə hallarda telefonla iclasları keçirmək qərarı ilk növbədə Yaponiyanın Çin və Koreya Xalq Demokratik Respublikası ilə münasibətlərdə nüvə proqramının inkişafı ilə əlaqədar gərginliyin artması ilə bağlıdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/interestingly/2353925.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR