Bağdadda silsilə partlayışlar nəticəsində 15 zəvvar ölüb

03:27 13 May 2015
23 Dünya
Ölkə mətbuatı
A- A+

[ 13 May 2015 03:22 ]


Bakı-APA. İraqın paytaxtı Bağdadda törədilən bir neçə partlayış nəticəsində 15 şiə zəvvarı ölüb. APA-nın “Assoşieyted Press”ə istinadən verdiyi xəbərə görə, Bağdadın Kazımiyyə rayonunda terrorçu-kamikadze özünü məscidin qarşısında partladıb. Nəticədə 10 nəfər ölüb, daha 25 nəfər yaralanıb.

 

 

Şəhərin şərqində iki zəvvar yol kənarında quraşdırılmış minaya düşərək ölüb.

 

Daha bir partlayış Bağdadın şimalında qeydə alınıb. Partlayıcı qurğunun işə salınması nəticəsində 3 nəfər ölüb, 8 nəfər yaralanıb.  


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/383255

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR