20 Yanvar hadisəsi xalqımızın azadlıq əzminin sarsılmaz olduğunu sübuta yetirdi

13:19 16 Yanvar 2015
109 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 16 yanvar, AzərTAc 
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb.
Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev 20 Yanvar faciəsinin səbəbləri barədə məlumat verərək bunun bəşər tarixində Azərbaycan xalqına qarşı törədilmiş ən qanlı cinayətlərdən biri olduğunu söyləyib. Bildirib ki, Ulu Öndərimiz faciənin ertəsi günü ailəsi ilə birgə Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gəlib və Qanlı Yanvar qırğınını törədənləri pisləyən kəskin bəyanatla çıxış edib, xalqımızın başına gətirilən müsibəti dünyaya çatdırıb. Ümummilli lider Heydər Əliyev imperiyanın Azərbaycana və onun xalqına qarşı qanlı təcavüzünə kəskin etirazını və hiddətini bildirib, faciəni törədənlərin cəzalandırılmasını tələb edib.
Bildirilib ki, yalnız Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilib və cinayəti törədənlərin adları ictimaiyyətə açıqlanıb. Şəhidlərin adlarının əbədiləşdirilməsi, onların ailə üzvlərinə hər cür sosial yardımın göstərilməsi təmin edilib.
C. Quliyev diqqətə çatdırıb ki, 20 Yanvar hadisəsi xalqımızın azadlıq əzminin sarsılmaz olduğunu sübuta yetirdi. Azərbaycan dövləti və xalqı 20 Yanvar şəhidlərinin xatirəsini daim əziz tutacaq, onların fədakarlıqları yaddaşımızdan heç zaman silinməyəcək.
Tədbirdə digər çıxış edənlər də 20 Yanvar faciəsinin tarixi və xalqımızın azadlıq mübarizəsi haqqında danışıb və faciənin acı nəticələrinin dünya müstəvisində geniş işıqlandırılmasının vacibliyini qeyd ediblər.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR