[ 16 Yanvar 2015 13:35 ]



Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Silahlı Qüvvələrinin NATO-nun müxtəlif qərargahlarında Tərəfdaşlığın Qərargah Elementi vəzifələrində xidmət edən zabitlərinin sayı artırılıb.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, hazırda Azərbaycan Silahlı Qüvvələrinin 9 zabiti NATO-nun müxtəlif qərargahlarında Tərəfdaşlığın Qərargah Elementi vəzifələrində xidmət edir. Bundan əvvəl isə onların sayı 7 olub.

2015-ci il ərzində NATO strukturlarında xidmət edən zabitlərin say tərkibinin artırılması planlaşdırılır. Bu il həmçinin Azərbaycan Silahlı Qüvvələrinin Belçika Krallığının Mons şəhərindəki NATO-nun Hərbi Tərəfdaşlıq İdarəsində əlaqələndirici zabit vəzifəsinə bir zabitin təyin edilməsi planlaşdırılır.