Vaqif Sadıqov: "Onları ölkə futboluna qazandırmalıyıq"

Vaqif Sadıqov: "Onları ölkə futboluna qazandırmalıyıq"
14:12 16 Yanvar 2015
102 İdman
Ölkə mətbuatı
A- A+

Antalya şəhərində Topaz Premyer Liqası klublarının hazırlıq prosesini izləyən AFFA-nın Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov aşağı yaş qruplarına daxil olan futbolçuların yetişməsi istiqamətində görülən işlərlə bağlı affa.az saytına fikirlərini bildirib. Fanat.az xəbər verir ki, mütəxəssis gəclətri ölkə futboluna qazadırmaqdan bəhs edib:


"AFFA tərəfindən müxtəlif yaş qruplarına aid yığma komandalar üçün mütəmadi təlim-məşq toplanışları təşkil olunur. Bu, futbolçuların daimi oyun praktikası qazanmasına kömək edir. Biz isə yetişməkdə olan gənc nəslin peşəkar futbolçu dövrünə keçid mərhələsində itib-batmaması üzərində fikirləşməliyik. Yeni nəsildə bacarıqlı futbolçular az deyil. Çalışıb, onları ölkə futboluna qazandırmalıyıq".


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-vaqif-sadqov-quotonlar-olk-futboluna-qazandrmalyqquot-t17507.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR