Dünyaca məşhur informasiya şirkəti "Apple"nin dişlənmiş alma loqosunun sirli hekayəsi İkinci Dünya müharibəsinə əsaslanır.

Metbuat.az xarici mediaya istinadla bildirir ki, Məşhur elm adamı Alan Turing almanların istifadə etdiyi "Enigma" adlı şifrəyi çözdükdə alman dənizaltıları çətin vəziyyətdə qalır və almanların London üzərində həyata keçirdiyi bombardmanlar heç bir işə yaramır.

Amma müharibənin gedişini dəyişdirən dahi homoseksual riyaziyyatçı Turing bir oğlan tələbəsi ilə birlikdə görülür.

Həmin dövrdə homoseksuallıq İngiltərədə böyük cinayət sayılırdı və buna görə də Turingə iki seçim təqdim edilib.

Bunlardan biri uzun müddətli həbs cəzası, digəri isə dərman müalicəsi ilə xədimləşdirilmək idi. Turingə hər iki seçim dözülməz kimi gəlir və o, bir almanın içinə gərgədanı belə sanilər içində öldürə biləcək gücdə zəhər yeridərək intihar edir.

Turingin cəsədinin yanında yalnızca bir dişlək alınmış alma nəzərə çarpır.

Bu hekayədən çox təsirlənən Macintosh firması dahi riyaziyyatçı Alan Turingin intihar almasını loqo etməyə qərar verdiyi düşünülür. Amma şirkətin özü bu mövzu ilə bağlı heç vaxt açıqlama verməyib.

https://metbuat.az/news/1262126/facebook-yeni-funksiyasinin.html