ARB TV-nin “Elgizlə İzlə” verilişində müğənni Elşad Qarayevlə telefon bağlantısı yaradılıb.
Metbuat.az xəbər verir ki, İfaçı “Elgizlə İzlə”yə yardım üçün çıxan qohumuna kömək edəcəyini deyib:
“O mənim bibimin oğlu deyil, dayımın nəvəsidir. Ora niyə çıxıb? Gəlib mənə deyərdi, kömək edərdim. Gedib torpaq sahəsi götürsün kömək edərəm, problem yoxdur”.
Qeyd edək ki, Elşad Qarayevin bibisi oğlu olduğunu deyən şəxs “Elgizlə İzlə”yə yardım üçün müraciət edib. O, iki övladı olduğunu, uşaqlarından birinin qüsurlu olduğunu və müalicəsi üçün yardım istədiyini deyib. İfaçının qohumu evinin də olmadığını bildirib.