BMT-də azı 8 ölkənin nümayəndə heyəti Venesuelanın vitse-prezidentinin çıxışına etiraz edib

BMT-də azı 8 ölkənin nümayəndə heyəti Venesuelanın vitse-prezidentinin çıxışına etiraz edib
05:27 28 Sentyabr 2019
193 Digər
Ölkə mətbuatı
A- A+

Venesuelanın siyasi məsələlər üzrə vitse-prezidenti, xarici işlər üzrə xalq hakimiyyəti naziri Delsi Rodrigez Qomesin BMT Baş Assambleyasında çıxışı zamanı bir neçə ölkənin nümayəndə heyəti iclas zalını tərk edib.
“Report” un xəbərinə görə, bu barədə “TASS”ın müxbiri Baş Assambleyanın plenar otağından məlumat verib.
Qeyd olunub ki, xüsusən də ABŞ və Kolumbiya nümayəndələri etiraz əlaməti olaraq zalı tərk ediblər. Kolumbiya nümayəndə heyətinin tərkibinə Venesuela müxalifətinin nümayəndələri daxil olub. Onlar Venesuela müxalifətinin lideri Juan Guaidonun adını yüksəkdən səsləndirdikdən sonra salonu tərk ediblər.
Bildirilib ki, Rodrigesin çıxışı zamanı azı səkkiz ölkənin nümayəndə heyəti Baş Məclisin plenar otağını tərk edib.
Avropalı diplomatlar, Kuba, Meksika və Uruqvay istisna olmaqla bir neçə Latın Amerikası ölkəsinin nümayəndələri də Delsi Rodrigez Qomesin çıxışına qulaq asmayıblar. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/bmt-de-azi-8-olkenin-numayende-heyeti-venesuelanin-vitse-prezidentinin

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR