"Report"un məlumatına görə, bu barədə "Sinxua" agentliyi ada administrasiyasının bəyanatına istinadən xəbər verir.
"Bu gün biz bərənin Əl-Mahra limanını tərk edib Sokotra adasına istiqamət almasından sonra itməsinə dair hesabat əldə etdik. Gəmidə 55 nəfər var", - deyə açıqlamada bildirilir.
Ada administrasiyası hadisə barədə Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyaya məlumat verib. Axtarış xilasetmə əməliyyatının başladığı bildirilir.