Misir Sinaydakı əməliyyat zamanı 15 silahlını öldürdü

Misir Sinaydakı əməliyyat zamanı 15 silahlını öldürdü
19:42 29 Sentyabr 2019
37 Dünya
Ölkə mətbuatı
A- A+

Misir Daxili İşlər Nazirliyi Sinay yarımadasının şimalında keçirilən xüsusi əməliyyat zamanı 15 ekstremistin məhv edildiyini elan edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə qurumun yaydığı bəyanatında deyilib.

Məlumata əsasən, Ar-Ariş şəhəri yaxınlığında təhlükəsizlik qüvvələri ordu və polis əməkdaşlarına hücumlarda iştirak etməkdə şübhəli bilinən ekstremistləri təqib edirdi.

Baş verən atışma nəticəsində 15 terrorçu öldürülüb.

Şəxsi heyət arasında itkilər barədə məlumat verilməyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/790186.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR