Çin ən təhlükəli qitələrarası nüvə raketini nümayiş etdirib

İlk dəfə olaraq Çin qitələrarası atom raketi 12 min km məsafəni qət edə bilən DF-41 raketini nümayiş etdirib...

Metbuat.az xəbər verir ki, Çin Xalq Respublikasının yaranmasının 70-ci ildönümü münasibətilə keçirilən nümayişdə DF-41 raketi nümayiş etdirilib.

İnterAz SalamNews-a istinadla xəbər verir ki, ilk dəfə olaraq Çin qitələrarası atom raketi 12 min km məsafəni qət edə bilən DF-41 raketini nümayiş etdirib.

Yalnız yerli istehsal silah və hərbi texnikanın nümayiş etdirildiyi paradda ilk dəfə təqdim olunan silahlar arasında "Dongfeng-41" adlı qitələrarası strateji ballistik raket kompleksi daha çox diqqət çəkib. Hərbi paradda Çin nüvə-raket qüvvələrinin əsasını təşkil edən 16 ədəd "Dongfeng-41" kompleksinin keçidi olub.

DF-41 ("Dunfen -41","Şərq küləyi") Çində 1980-cı ildən hazırlanır, raketin sınaqları 2012-ci ildən başlayıb. Müxtəlif mənbələrin məlumatına görə, bu raket 12-14 min kilometr uçuş məsafəsinə sahibdir. Raketin uzunluğu 21, korpusun diametri 2,2-2,5 metrə çatır. Atış dəqiqliyi 100-500 metr aralığındadır. (inter.az)



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR