Azərbaycanla oyundan öncə Bəhreyn millisinin 6 futbolçusu heyətdən çıxarılıb

Azərbaycanla oyundan öncə Bəhreyn millisinin 6 futbolçusu heyətdən çıxarılıb
13:52 8 Oktyabr 2019
73 Digər
Ölkə mətbuatı
A- A+

Bəhreyn millisinin Azərbaycanla yoldaşlıq matçı və İranla DÇ-2022-nin seçmə oyunu ərəfəsində 30 futbolçudan ibarət ilkin siyahısında dəyişiklik edilib.
"Report" "Alayam" nəşrinə istinadən xəbər verir ki, komandanın baş məşqçisi Helio Sousa 6 oyunçunu heyətdən çıxarıb.
Müdafiəçilər Səyid Məhəmməd Adnan və Raşid Əl Houti (hər ikisi "Əl-Hidd"), qapıçı Mahbub Yəhya ("Budaiya") yarımmüdafiəçilər Əhməd Musa, İsa Əli Cihad (hər ikisi "Manama") və hücumçu Sami Əl-Husayni ("East Riffa") portuqaliyalı mütəxəssisə lazım olmayıb. 
Qeyd edək ki, oktyabrın 9-da Ər-Rifa şəhərində keçiriləcək Bəhreyn - Azərbaycan qarşılaşması Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.
Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv oktyabrın 13-də səfərdə AVRO-2020-nin seçmə mərhələ oyununa çıxacaq. Bəhreyn isə oktyabrın 15-də İranı qəbul edəcək. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/millimizle-oyundan-once-behreyn-yigmasinin-6-futbolcusu-heyetden-cixdi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR