Lavrov və Çavuşoğlu Suriyanı

Rusiyanın xarici işlər naziri Sergey Lavrovla türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

Metbuat.az xəbər verir ki, bu barədə Rusiya XİN-in açıqlamasında bildirilib.

Qeyd olunub ki, tərəflər Suriya böhranının nizamlanmasını müzakirə ediblər:

"Nazirlər Suriyanın şimal-şərqindəki vəziyyətə xüsusi diqqət yetirərək, nizamlanma prosesini ətraflı müzakirə ediblər".

Lavrov və Çavuşoğlu bütün sahələrdə Rusiya-Türkiyə əməkdaşlığının daha da gücləndirilməsi və inkişafı üçün intensiv dialoqun davam etdirilməsi barədə razılığa gəliblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR