Macarıstan - Azərbaycan matçını 15 minə yaxın uşaq izləyəcək

Macarıstan - Azərbaycan matçını 15 minə yaxın uşaq izləyəcək
19:17 8 Oktyabr 2019
78 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan millisinin AVRO-2020-nin seçmə mərhələsində Macarıstanla səfər matçını stadionda 15 minə yaxın uşaq izləyəcək.
"Report"un məlumatına görə, Macarıstan Futbol Federasiyası “Qroupama Arena”nı 14 yaşına çatmamış uşaqlarla doldurmaq üçün UEFA-nın intizam kodeksindən yararlanmaq qərarına gəlib.
UEFA daha öncə Macarıstan millisinə bir oyunluq cəza verib, buna baxmayaraq 14 yaşdan kiçik uşaqlar qarşılaşmanı tribunadan izləyə bilər. Federasiya beş gün ərzində təxminən 15 minə yaxın müraciəti qeydiyyata alıb. Bu vəziyyətə görə stadionun qapıpıları daha erkən açılacaq.
Macarıstan yığması azarkeşlərin sentyabrın 9-da Slovakiya ilə ev matçı zamanı irqçi davranışlara yol verməsi səbəbindən sanksiya ilə üzləşib. Qərarə əsasən, sözügedən kollektiv növbəti ev oyununu azarkeşsiz keçirməli, milli federasiya isə 67,125 avro cərimə ödəməlidir.
Qeyd edək ki, Azərbaycan millisi oktyabrın 9-da Bəhreynlə səfərdə yoldaşlıq oyunu keçirəcək. Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv 4 gün sonra Macarıstan kollektivinin qonağı olacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/macaristan-azerbaycan-matcini-15-mine-yaxin-usaq-izleyecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR