Bəhreyn - Azərbaycan oyununun hakimləri açıqlanıb

Bəhreyn - Azərbaycan oyununun hakimləri açıqlanıb
10:02 9 Oktyabr 2019
134 Digər
Ölkə mətbuatı
A- A+

Futbol üzrə Bəhreyn və Azərbaycan milli komandaları arasında keçiriləcək yoldaşlıq oyununun hakimləri açıqlanıb.
“Report” xəbər verir ki, bu gün Ər-Rifa şəhərindəki Bəhreyn Milli Stadionunda baş tutacaq matçı Omandan olan ədalət təmsilçiləri idarə edəcəklər. Qarşılaşmanın referisi Əhməd Əl-Kafa olacaq. Əbu Bəkr Əl-Omari ilə Rəşid Əl-Qayti yan xətt hakimi funksiyasını yerinə yetirəcəklər.
Görüşün dördüncü hakimi isə bəhreynli İssa Abdulla olacaq.
Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 20:30-da başlayacaq. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/behreyn-azerbaycan-oyununun-hakimleri-aciqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR