Göz üçün faydalı qidalar

Göz üçün faydalı qidalar
23:57 9 Oktyabr 2019
98 Ölkə
Ölkə mətbuatı
A- A+

Qeyri-sağlam qidalanma, ekoloji amillər bütün orqanlara, o cümlədən də gözlərin sağlamlığına mənfi təsir göstərir. Amma elə meyvə və tərəvəzlər var ki, görmənin keyfiyyətini artırır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, göz sağlamlığı üçün A, S, E vitaminləri, beta-karotinlə zəngin qidalara üstünlük vermək lazımdır. Onlar xüsusilə gözün torlu qişası və digər funksiyalar üçün faydalıdır.

Həkimlər qeyd edirlər ki, sadəcə yerkökü yemək yaxşı görmə üçün kifayət deyil. A vitamini qaynağı olan köklə yanaşı, Omeqa-3, Omeqa-6 yağ turşuları, sink və maqnezium kimi minerallarla zəngin qidaları unutmaq olmaz. Çünki məhz onlar müəyyən yaşdan sonra gözlərin zəifləməsinin qarşısını əhəmiyyətli dərəcədə alır.

Qırmızı istiot və ispanaqda olan A vitamini xüsusilə gözün gecəgörmə qabiliyyəti müqavimətini artırır. Qaragilə, eyni zamanda, şirin kartofda olan S vitamini göz üçün faydalıdır. Omeqa-3 yağ turşuları baxımından zəngin olan balıq torlu qişa və hüceyrə membranını qoruyur.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/health/792360.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR