Azərbaycan millisinin hücumçusu: "Macarıstanla matçda yaxşı nəticəyə ümid edirik"

Azərbaycan millisinin hücumçusu: "Macarıstanla matçda yaxşı nəticəyə ümid edirik"
19:02 10 Oktyabr 2019
75 Digər
Ölkə mətbuatı
A- A+

"Bizim üçün maraqlı oyun alındı. Qarşılaşma bol qollu keçdi".
Bu fikirləri "Report"a açıqlamasında Azərbaycan millisinin futbolçusu Ağabala Ramazanov yoldaşlıq görüşündə Bəhreyni 3:2 hesabı ilə məğlub etdikləri matç barədə danışarkən deyib.
27 yaşlı hücumçu Bəhreyndəki görüşdə hava şəraiti ilə əlaqədar çətinliklə üzləşdiklərini bildirib: "Hava şəraiti bizə çox çətinlik törədirdi. Rütubət də kifayət qədər çox idi. Bütün bunlara baxmayaq, özümüzü toparladıq və qələbə qazana bildik".
Ramazanov artıq AVRO-2020-nin seçmə mərhələsində Macarıstanla səfər qarşılaşmasına kökləndiklərini sözlərinə əlavə edib: "Macarıstanla oyunun hazırlıqlarını davam etdiririk. Budapeştdəki matçda da yaxşı nəticəyə ümid edirik".
Qeyd edək ki, oktyabrın 13-də “Groupama Arena”da keçiriləcək Macarıstan - Azərbaycan matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/agabala-ramazanov-macaristanla-matcda-yaxsi-neticeye-umid-edirik

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR