Dünyanın ən təhlükəli terrorçusu öldürüldü - Tramp təsdiqlədi (FOTO)

Dünyanın ən təhlükəli terrorçusu öldürüldü - Tramp təsdiqlədi (FOTO)
19:43 10 Oktyabr 2019
93 Digər
Ölkə mətbuatı
A- A+

“Əl-Qaidə” terror təşkilatının keçmiş lideri Üsamə bin Ladendən sonra dünyanın ən təhlükəli terrorçusu hesab edilən İbrahim əl-Əsiri öldürülüb.

Publika.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp İbrahim əl-Əsirinin iki il əvvəl Yəməndə ABŞ istehsalı olan pilotsuz uçuş aparatı ilə edilən hücumda öldürüldüyünü təsdiqləyib.

Üsamə bin Ladenin 2011-ci ildə öldürülməsindən sonra dünyanın ən təhlükəli terrorçusu sayılan İbrahim əl-Əsiri partlayıcı maddələrin hazırlanması üzrə peşəkar olması ilə tanınırdı. O, istehsal etdiyi “alt paltarı bombası” ilə ABŞ-a məxsus bir sərnişin təyyarəsini 2009-cu ildə partlaştmaq istəmişdi. Üzərində bomba olan gəncin tələsik davranması səbəbiylə plan baş tutmamışdı.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/neareast/292727.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR