Render adlı startap Battlefield 2019’un qalibi seçildi

Render adlı startap Battlefield 2019’un qalibi seçildi
22:12 10 Oktyabr 2019
Ölkə mətbuatı
A- A+

Startup Battlefielddə səhnəyə çıxan 18 startapdan beşi dünən final mərhələsinə vəsiqə qazanıb. Startup Battlefield finalında iştirak etmək hüququ qazanan startaplar sağlamlıq texnologiyalarına yönəlmiş OmniVis, uzaq texnologiyalar üzərində çalışan Orbit Fab, bulud texnologiyası olaraq xidmət verən Render, alqoritm əsaslı ticarət tətbiqi StarttyX və kənd təsərrüfatı texnologiyaları üzərində yönəlmiş Traptic idi.

Milli.Az techland.az-a istinadən bildirir ki, final mərhələsində startaplar Kleiner Perkinsdən Mamoon Hamid, Sound Venturesdan Ashton Kutcher, Sequoiadan Alfred Lin, Lumi Labsdən Marissa Mayer, Floodgate Venturesdan Ann Miura-Ko və TechCrunch - dan Matthew Panzarino dan ibarət münsiflər heyətinin qarşısına çıxdılar.

Münsiflər heyətinin qiymətləndirmələrindən sonra Render, Startup Battlefield-in qalib olub. AWS, Azure və GCP-nə rəqib olmağı hədəfləyən startap 100.000 dollar və Disrupt kubokunu qazanıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/792911.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR