Bakı. 14 may. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında ali təhsil müəssisələrinin magistraturalarına keçirilən müsabiqənin nəticələri ilə bağlı Apelyasiya komissiyası yaradılıb. Bu barədə "Report"a TQDK-dan məlumat verilib.
Apelyasiya komissiyası 14-15 may 2015 ci il tarixlərində saat 10:00-dan 17:00-dək Bakı şəhəri, Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Asiya Universitetinin binasında) fəaliyyət göstərəcək. Bakalavrlar Apelyasiya komissiyasına şəxsiyyət vəsiqələrini təqdim etməklə şəxsən müraciət edə bilərlər.