Formula 1 üzrə Yaponiya Qran-prisi təxirə salındı

Formula 1 üzrə Yaponiya Qran-prisi təxirə salındı
18:32 11 Oktyabr 2019
97 İdman
Ölkə mətbuatı
A- A+

"Formula 1" üzrə Yaponiya Qran-prisinin sıralama turu "Xaqibis" tayfununa görə təxirə salınıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, oktyabrın 12-ə nəzərdə tutulan təsnifat mərhələsi bir gün sonraya keçirilib. Hava şəraitindən asılı olaraq, yarışın proqramında əlavə dəyişikliklər də ediləcək.

Hazırda "Xaqibis" tayfunu 25 km/saat sürətlə Marian adalarından Yaponiyaya doğru irəliləyir. Qasırğanın mərkəzindəki küləyin sürəti 75 m/s çatır. Tayfun 12 və 13 oktyabrda Yaponiya ərazisindən keçəcək. Bu səbəbdən ölkə daxilində 800-ə yaxın aviareys və reqbi üzrə Dünya Kubokunun 2 oyunu təxirə salınıb.

Qeyd edək ki, sonucu dəfə 2014-cü ildə Yaponiyada tayfun "Formula 1" yarışına problem yaradıb. Həmin il oktyabrın 5-də keçirilmiş Qran-pridə "Marussia" komandasının pilotu Jül Byanki "Suzuka" trasında 126 km/saat sürətlə qəzaya uğrayıb və komaya düşüb. Fransalı sürücü 17 iyul 2015-ci ildə Nitsada vəfat edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/793506.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR