19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirəcək.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Samir Əliyevin rəhbərlik etdiyi komanda Çexiyanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşacaq. Çexiyanın Opava şəhhərində keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan millisi turnirdəki ilk oyununda Norveçə 0:1 hesabı ilə uduzub.

12 oktyabr

Avropa çempionatı, seçmə mərhələ

20:00 Azərbaycan - Çexiya
Baş hakim: Alan Mario Sant (Malta)

Milli.Az