Xırdalanda mağazadan pul tapa bilməyən oğrular görün nə etdilər...

Xırdalanda mağazadan pul tapa bilməyən oğrular görün nə etdilər...
09:42 14 Oktyabr 2019
92 Ölkə
Ölkə mətbuatı
A- A+

Xırdalanda oğurluq olub. Gecə geyim mağazasına girən şəxslər 1000 manat dəyərində paltar və ayaqqabılar oğurlayıblar. Hadisə anı anbaan təhlükəsizlik kamerasına düşüb.

Milli.Az Xəzər TV-yə istinadla xəbər verir ki, oğrular əllərində olan dəmir parçası ilə mağazanın qapısını açırlar.

İçəri daxil olan bu iki şəxs əvvəlcə kassada pulun olub-olmadığını yoxlayırlar.

Kassada pul olmadığını görən şəxslər daha sonra çıxış yolunu geyim oğurlamaqda görürlər. Əllərinə keçən geyimləri bir-bir yoxlayan şəxslər onları elə mağazadan götürdükləri çantalara yığırlar. Daha sonra isə oradan uzaqlaşırlar.

Kadrlar Xırdalan şəhərində lentə alınıb. Şəhərin mərkəzi yolunda yerləşən mağazaların birinə daxil bu iki şəxs, sözün əsl mənasında, oranı talan ediblər.

Mağaza sahibi Gündüz İsmayılov deyir ki, həmin şəxslər onlara ən azı 1000 manata yaxın ziyan vurublar. Hadisə ilə bağlı Abşeron Rayon Polis İdarəsinə müraciət edilib.

Abşeron Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə ilə bağlı hazırda araşdırma gedir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/crime/793994.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR