AzTV-nin Bədii Şurasının növbəti iclası keçirilib

AzTV-nin Bədii Şurasının növbəti iclası keçirilib
15:22 14 Oktyabr 2019
81 Digər
Ölkə mətbuatı
A- A+

“Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) nəzdində yaradılan Bədii Şuranın növbəti iclası keçirilib.
Bu barədə "Report"a AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. 
İclasda QSC sədri Rövşən Məmmədov Azərbaycan Televiziyasında siyasi və ideoloji işin düzgün qurulmasının və effektiv iş prinsipinin hər zaman prioritet vəzifə hesab edildiyini diqqətə çatdırıb. O, texniki bazanın təkmilləşdirilməsinin QSC-nin diqqət ayırdığı əsas məqamlardan biri olduğunu deyib.
R.Məmmədov qeyd edib ki, verilişlərin daha effektiv hazırlanması üçün yaxın gələcəkdə yeni kameralar, səs avadanlıqları alınacaq. İclasda Bədii Şuranın üzvləri Azərbaycan Televiziyasının efir strukturu, hazırlanan verilişlərin bədii tərtibatı, diktor və aparıcıların peşəkarlıq səviyyəsi ətrafında diskussiyalar aparıblar.

Xəbərin orijinal ünvanı: https://report.az/media/aztv-nin-bedii-surasinin-novbeti-iclasi-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR