Azərbaycanda qadın sürücü dəhşətli qəza törətdi – ÖLƏN VAR

Azərbaycanda qadın sürücü dəhşətli qəza törətdi – ÖLƏN VAR
12:33 16 Oktyabr 2019
93 Ölkə
Ölkə mətbuatı
A- A+

Sumqayıt şəhərində maşınla piyadanı vurub öldürən qadın sürücü tutulub.

Publika.az xəbər verir ki, oktyabrın 14-də saat 20 radələrində Stansiya Sumqayıt qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini Ramazan Quliyev vurulmuş və o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi və Sumqayıt ŞPİ 5-ci PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ölümlə nəticələnmiş yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Opel” markalı avtomobilin sürücüsü, Bərdə rayon sakini F.Babayeva saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/293222.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR