Bakı, 14 may, AZƏRTAC
Mayın 15-də dahi bəstəkar Üzeyir Hacıbəylinin “Azərbaycan musiqisinin əsasları” kitabının ilk nəşrinin 70 illiyinə həsr edilən elmi-konfrans keçiriləcək.
Bəstəkarın ev-muzeyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Üzeyir Hacıbəyli irsinin araşdırıcıları, musiqişünas alimlər, ədəbiyyat, incəsənət xadimləri dahi bəstəkarın yaradıcılığından, “Azərbaycan musiqisinin əsasları” kitabının əvəzsiz dərslik kimi əhəmiyyətindən söhbət açacaqlar. Çıxışlarda Şərqdə ilk operanın müəllifi kimi şöhrət qazanmış dahi Üzeyir Hacıbəylinin pedaqoji fəaliyyətinə də nəzər salınacaq.