Növbəti ekoloji maarifləndirmə tədbiri Yevlaxda keçirildi

Növbəti ekoloji maarifləndirmə tədbiri Yevlaxda keçirildi
15:58 16 Yanvar 2015
141 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 16 yanvar, AzərTAc 
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən 2011-ci il iyulun 11-də başladılmış Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsünün (IDEA) ölkə miqyaslı “Yaşıl Azərbaycan naminə” layihəsi çərçivəsində növbəti ekoloji maarifləndirmə tədbiri Yevlax rayonunda keçirilib.
Tədbirdə iştirak edən gənclərin diqqətinə çatdırılıb ki, ekoloji vəziyyətin yaxşılaşdırılması üçün insanların ətraf mühitə münasibəti dəyişməlidir. Bunun üçün onların ətraf aləmə dair məlumatlılığı artırılmalıdır. Həm böyüklərdə, həm də uşaqlarda ekoloji məsuliyyətin formalaşması zəruridir.
Qeyd edilib ki, ətraf mühitin mühafizəsi, insanların sağlamlığı Azərbaycan dövlətinin ekoloji siyasətinin prioritet istiqamətlərindən biridir. Layihə dövlətin ekoloji siyasətinə dəstək məqsədi daşıyır. Layihə çərçivəsində Bərdə, Ucar və Yevlax rayonlarında könüllülərin ətraf mühit məsələləri ilə bağlı biliklərinin inkişaf etdirilməsi məqsədilə xüsusi təlimlər təşkil olunub, ağacəkmə aksiyaları keçirilib. Eyni zamanda, gənclərə 2010-cu ilin Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Ekologiya ili” elan olunmasından sonra ölkəmizdə geniş miqyas alan yaşıllaşdırma tədbirləri barədə məlumat verilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Novbeti_ekoloji_maariflendirme_tedbiri_Yevlaxda_kechirildi-825308

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR