Dünyanın ən böyük və ən operativ ensiklopediyasının banisi – Cimmi Uuels

Dünyanın ən böyük və ən operativ ensiklopediyasının banisi –  Cimmi Uuels
21:47 17 Oktyabr 2019
103 Maraqlı
Ölkə mətbuatı
A- A+

Cimmi Uels - "Vikipedia"nı və müxtəlif viki layihələrini idarə edən "Vikimedia" Fondunun yaradıcısı və rəhbəridir. Uels həmçinin, "Wikicities" layihəsinin əsasını qoyan "Vikia" kommersiya korporasiyasının qurucusudur.

O, 1966-cı ilin 7 avqustunda Alabama ştatının Hantsvill şəhərində doğulub. Cimminin atası mağaza meneceri idi, anası Doris və nənəsi İrma kiçik özəl məktəbi idarə edirdilər. O, təhsil almağa bu məktəbdə başlayıb. Məktəbin özəlliyi onda idi ki, şagirdlər fənn seçimində azad idilər. Bu da ondan irəli gəlirdi ki, italiyalı M.Montessorinin pedaqoji sisteminin təsiri altında idi.

Milli.Az techland.az-a istinadən bildirir ki, Uels bu məktəbdə vaxtının əksər hissəsini Dünya Kitab Ensiklopediyasını (World Book Encyclopedia) öyrənməyə sərf edirdi. Ensiklopediyaya olan maraq onu gələcəkdə dünyada məşhur onlayn ensiklopediyanın - "Vikipedia"nın yaradıcısı etdi.

Səkkizinci sinifdən sonra Uels kompyuter sahəsində və digər texnologiyalar haqqında hazırlıq biliklərini verən Rendolf məktəbinə (Randolph School) keçdi.

Bu hazırlıq məktəbi kifayət qədər bahalı olduğu üçün Uelsin ailəsi üçün bu vəsaiti ödəmək çətin idi. Uels müsahibələrində vurğulayırdı ki, təhsil həmişə onun ailəsində çox önəmli və sonrakı müvəffəqiyyətli həyat üçün zəmanət hesab edilirdi. Uels iqtisadiyyat istiqaməti üzrə Aubern Universitetində bakalavr və Alabama Universitetində isə magistr dərəcəsinə yiyələnib.

Həmçinin, o, Alabama və İndian universitetlərində aspirant kimi dərs deyirdi, amma doktorluq dərəcəsini ala bilmədi. Uels oxumağa davam edirdi, öz sözləri ilə desək, "kifayət qədər özünü, ailəsini, həyatının qalan hissəsini təmin etmək üçün" bir neçə il ərzində treyder olmağı bacardı.

1996-cı ildə Uels "Bomis" əyləncə xarakterli axtarış portalının əsasını qoyub. Hal-hazırda Uels bu şirkətin fəaliyyətində aktiv iştirak etmir.

2000-ci ilin martında Uels ingilis dilində "Nupedia.com" ensiklopediyasını yaradır və baş redaktor vəzifəsinə Larri Senqeri təyin edir. "Nupedia"ya yerləşdirilən məqalələr mütəxəssislər tərəfindən yoxlandıqdan sonra yerləşdirilirdi. Buna görə də iş ləng gedirdi və məqalələr azlıq təşkil edirdi

Cimmi Uels 2001-ci ilin 15 yanvarında "Vikipedia" ensiklopediyasını yaratdı. "Vikipedia" həmçinin wiki (havay dilində "mümkün qədər tez") mexanizminə əsaslanırdı, əvvəlcə "Nupedia" ensiklopediyasının məzmununu formalaşdırmalı olan köməkçi sayt kimi yaradılmışdı.

Amma "Vikipedia"nın sürətli inkişafı ona gətirib çıxardı ki, o, "Nupedia"dan üstün olmağa başladı. Bunun əsas səbəbi viki texnologiyasının tətbiq edilməsi nəticəsində könüllü istifadəçilər tərəfindən yazılmasında idi.

Hazırda, "Vikipedia" dünyanın ən böyük ensiklopediyasıdır. Onu internet istifadəçilərinin stolüstü kitabı adlandırırlar. "Vikipedia" müraciətlərin sayına görə sorğu resurslardan sonra ikinci yeri tutur.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/794465.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR