Parisdə Azərbaycanda qadınlara səsvermə hüququnun verilməsinin yüzilliyi münasibətilə tədbir keçirilib

Parisdə Azərbaycanda qadınlara səsvermə hüququnun verilməsinin yüzilliyi münasibətilə tədbir keçirilib
05:37 18 Oktyabr 2019
94 Digər
Ölkə mətbuatı
A- A+

Parisdə Azərbaycan və Gürcüstanda qadınlara səsvermə hüququnun verilməsinin yüzilliyi münasibətilə tədbir keçirilib.
"Report"un Fransa bürosu xəbər verir ki, Azərbaycanın Fransadakı səfirliyi və Fransa-Azərbaycan Dialoqu Asossiasiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə fransalı professorlar, hüquqşunaslar, elm, siyasət və incəsənət nümayəndələri, jurnalistlər və digər şəxslər iştirak ediblər.
Tədbirdə çıxış edən Gürcüstanın Fransadakı səfirliyinin müşaviri Gocha Javakhishvili Azərbaycan ilə Gürcüstan arasındakı tarixi dostluğa toxunub, ölkələrimiz arasındakı yüksək qardaşlıq əlaqələrindən danışıb.
Azərbaycan Respublikasının Fransadakı səfirliyinin əməkdaşı Vaqif Ağayev 18 oktyabr tarixinin ölkəmiz üçün xüsusi əhəmiyyətə malik bir tarix olduğunu bildirib, Azərbaycanın yenidən müstəqilliyə qovuşması kimi əlamətdar hadisə ilə tariximizə yazıldığını xüsusi qeyd edib.
Fransa-Azərbaycan Dialoqu Asossiasiyasının prezidenti Günel Səfərova Azərbaycan milli ədəbiyyatı, musiqisi, poeziyasının dünyada tanıdılmasında və beynəlxalq mədəni mübadilələrin inkişafında Azərbaycanın birinci xanımı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük roluna toxunub.
Tədbirin ikinci hissəsində azərbaycanlı rəssam Əsmər Nərimanbəyovanın əsərlərindən ibarət rəsm sərgisi və gürcü musiqiçi, UNESKO-nun sülh səfiri Elisso Bolkvadzenin pianoda ifası ilə konsert keçirilib.
Qonaqlar Ə.Nərimanbəyovanın Azərbaycan xalçalarında istifadə olunan milli naxışlar, milli atributlarımız, abidələrimiz əks olunan və milli ruhumuzu, qədim və keşməkeşli tariximizi əks etdirən yağlı boya ilə kətan üzərində işlədiyi əsərlərnə böyük maraqla tamaşa ediblər.
Elisso Bolkvadzenin Qara Qarayev, Şopen və digər dünyaşöhrətli bəstəkarların əsərlərindən ibarət repertuarı alqışlarla müşayiət edilib.






Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/parisde-azerbaycanda-qadinlara-sesverme-huququnun-verilmesinin-yuzill

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR