“Barselona”nın “Yeni Messi” planı

“Barselona”nın “Yeni Messi” planı
20:05 18 Oktyabr 2019
142 İdman
Ölkə mətbuatı
A- A+

Argentinanın "Veles Sarsfild" komandasının futbolçusu Matias Sule Avropanın nəhəng klublarının diqqət mərkəzinə düşüb.

Milli.Az xəbər verir ki, bu barədə İspaniyanın "Marca" nəşri məlumat yayıb. 16 yaşlı oyunçunun karyerasını Avropada davam etdirmək istədiyi bildirilir.

Sule "Barselona", "Monako", "Yuventus", "Mançester Siti", "Çelsi", "Milan" kimi klubların da diqqət mərkəzindədir. Argentinada "Yeni Messi" adlandırılan oyunçu, "Veles Sarsfild"lə müqavilə imzalamaqdan imtina edib və Avropaya üz tutacaq.

Sule, 17 yaşadək futbolçulardan ibarət Argentina milli komandasının da üzvüdür.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/795181.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR