Moskva Bakıya nüvə elmi və texnologiyaları mərkəzinin yaradılmasını təklif etdi

Moskva Bakıya nüvə elmi və texnologiyaları mərkəzinin yaradılmasını təklif etdi
23:48 19 Oktyabr 2019
Ölkə mətbuatı
A- A+

Rusiya Azərbaycana tibb, kənd təsərrüfatı, elmi araşdırmaların marağında olan nüvə elmi və texnologiyaları mərkəzinin yaradılması məsələsini nəzərdən keçirməyi təklif edib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə "Rosatom"un rəhbəri Aleksey Lixaçov deyib.

A.Lixaçov bildirib: "Energetika Azərbaycan üçün qaz və neft məhsullarının daxili istehlakda əvəz etmək və bu həcmlərin ixrac üçün azad edilməsi baxımından maraqlıdır. Ola bilər ki, Azərbaycana [bunun] iqtisadi cəhətdən cəlbedici olacağı zaman hələ gəlməyib. Lakin biz azərbaycanlı tərəfdaşlarımıza, burada Serbiyada olduğu kimi, tibb, kənd təsərrüfatı, elmi araşdırmaların marağında olan müasir nüvə elmi və texnologiyaları mərkəzinin yaradılması məsələsini nəzərdən keçirməyi təklif edib. Müvafiq təklifləri Azərbaycan tərəfinə göndərmişik və hazırda onlar təklifləri öyrənirlər".

Onun sözlərinə görə, bu barədə əsaslı danışıqlar hələ aparılmır.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/ikt/293567.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR