AVRO-2020-nin himninin müəllifi məlum oldu

AVRO-2020-nin himninin müəllifi məlum oldu
16:37 20 Oktyabr 2019
100 İdman
Ölkə mətbuatı
A- A+

UEFA holland musiqiçisi Martin Qarriksi 2020-ci ildə futbol üzrə Avropanın çempionatının rəsmi himninin müəllifi seçib.

TASS bildirir ki, bu barədə turnirin mətbuat xidməti bildirib. Martin Qarriks 2018-ci ilin qış Olimpiya oyunlarının bağlanışı mərasimini musiqi ilə müşayiət edib. Həmin il o "Formula-1" Yaponiya Qran-prisində də çıxış edib.

"Mən 2020-ci ilin futbol üzrə Avropa çempionatının himnini yazmaq imkanı ilə fəxr edir, sizin hamınızın onu eşidə biləcəyiniz anı səbirsizliklə gözləyirəm", - deyə 23 yaşlı Qarriks "Twitter"dəki səhifəsində yazıb.

AVRO-2020-nin rəsmi mahnısı və onu oxuyacaq müğənni yazda təqdim ediləcək. Mahnı yarışın açılış mərasimində - 12 iyun 2020-ci ildə Romada, "Olimpiko" stadionunda ifa olunacaq. Avropa çempionatı yarışın 60 illik yubileyi şərəfinə qitənin 12 şəhərində - Londonda, Münhendə, Bakıda, Sankt-Peterburqda, Romada, Buxarestdə, Dublində, Kopenhagendə, Bilbaoda, Qlazqoda, Budapeştdə və Amsterdamda keçiriləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/795684.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR