İtaliya çempionatının oyununda meydana paraşütlə azarkeş düşüb

İtaliya çempionatının oyununda meydana paraşütlə azarkeş düşüb
10:32 21 Oktyabr 2019
82 Digər
Ölkə mətbuatı
A- A+

Futbol üzrə İtaliya A Seriyasında “Sassuolo” və “İnter” komandaları arasında baş tutan oyun zamanı meydana paraşütlə azarkeş düşüb.
“Report” xəbər verir ki, bu səbəbdən matç bir neçə dəqiqəlik dayanıb. Həmin şəxs stüardlara müqavimət göstərmədən onların müşayəti ilə meydanı tərk edib.
Görüş “İnter”in 4:3 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, “Qarabağ”ın oktyabrın 3-də Lüksemburqda “Düdelanj”ı 4:1 hesabı ilə məğlub etdiyi qarşılaşmada Azərbaycan çempionunun vurduğu ikinci qoldan sonra “Jozi Bartel” stadionunun üzərinə dron vasitəsilə qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağı gətirilib. Nəticədə oyunda fasilə yaranıb və matç 24 dəqiqədən sonra davam etdirilib.

L'eroe con il paracadute al Mapei Stadium#SassuoloInter #paracadute pic.twitter.com/gs1OlPLHxw— Francesco Benvenuti (@francis_welcome) October 20, 2019


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/i-taliya-cempionatinin-oyununda-meydana-parasutle-azarkes-dusub-vi-deo

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR