.

Bal yarmarkasında 110 tona yaxın arıçılıq məhsulu satılıb

Bal yarmarkasında 110 tona yaxın arıçılıq məhsulu satılıb
15:01 21 Oktyabr 2019
73 Digər
Ölkə mətbuatı
A- A+
.

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bakıda keçirilən yarmarkada ümumilikdə 102,6 ton bal satılıb.

Trend-in məlumatına görə, bu barədə Aqrar Tədarük və Təchizat ASC-nin İdarə Heyətinin sədri Leyla Məmmədova bildirib.

Onun sözlərinə görə, yarmarkada bir ay ərzində 7,1 ton arı şanının satışı həyata keçirilib:

“Bal yarmarkasına təqdim etmək üçün anbara 127,5 ton bal və 8,6 ton arı şanı olmaqla 136,1 ton arıçılıq məhsulu qəbul edilib. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən 3241 nümunə götürülüb və laboratoriyada yoxlanılıb. Qida təhlükəsizliyi və keyfiyyət göstəriciləri uyğun olan 122,2 ton arıçılıq məhsulu satışa çıxarılıb. Yarmarka müddətində ümumilikdə 109,9 ton məhsulun - 102,6 ton bal və 7,1 ton arı şanının satışı həyata keçirilib”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/gundem/3136506.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR