Xalq artisti Prezidentə təşəkkür etdi: İkinci dəfə belə bir sevinc yaşayıram

Xalq artisti Prezidentə təşəkkür etdi: İkinci dəfə belə bir sevinc yaşayıram
23:18 21 Oktyabr 2019
212 Şou
Ölkə mətbuatı
A- A+

Xəbər verdiyimiz ki, Prezident İlham Əliyevin sərəncamı ilə əməkdar artistlər Röya Ayxan, Miri Yusif və Tünzalə Ağayeva Xalq artisti adına layiq görülüb.

Publika.az xəbər verir ki, Tünzalə Ağayeva fəxri ad alması ilə bağlı təəssüratlarını sosial şəbəkədə paylaşıb.

Dövlət başçısına təşəkkür edən müğənni sevincini belə ifadə edib:

“Bu gün unutmayacağım hisslərlə doludur, hər kəsə ayrıca təşəkkürümü bildirirəm, dəyərli izləyənlərim, tamaşaçılarım… Çox sevincliyəm, o qədər aşıb-daşan duyğularım var ki, bilmirəm hansından başlayım...

Mənə verilən dəyər və etimada görə bir sənət adamı və vətəndaş kimi hörmətli Cənab Prezidentə, Dövlətimizə sonsuz minnətdarlığımı bildirirəm. Bu böyük etimadı daşımaqdan qürur duyuram. Bu adı hər zaman ən gözəl və layiqli şəkildə daşımağa çalışacam. 2006-cı ildə Əməkdar artist adı aldığım gün sevinc göz yaşlarımı xatırlayıram. İndi isə ikinci dəfə belə bir hal və sevinc yaşayıram. Bu ad mənim üçün ikiqat sürpriz oldu. Çünki, bu gün həm də doğum günümü qeyd edirəm”.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/magazin1/293720.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR