“Report” xəbər verir ki, bu barədə Fondun icraçı direktoru Şahmar Mövsümov Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham”) üzvləri ilə görüşdə məlumat verib.
“ARDNF çox konservativ investisiya siyasəti həyata keçirir. Buna baxmayaraq, 2012-ci ildən başlayaraq Fond müxtəlif yeni aktiv növlərini tətbiq etməyə başlayıb, səhmlərin artırılması, daşınmaz əmlak və qızıla investisiyalar həyata keçirilib. Biz gələcəkdə riskli aktivlərin daha da artırılması istiqamətində işlərimizi davam etdirəcəyik”,- deyə o, qeyd edib.