Paris yaxınlığında naməlum şəxs 3 nəfəri girov götürüb

Paris yaxınlığında naməlum şəxs 3 nəfəri girov götürüb
16:37 16 Yanvar 2015
105 Dünya
Ölkə mətbuatı
A- A+

[ 16 Yanvar 2015 16:32 ]

Bakı – APA. Paris yaxınlığında naməlum şəxs 3 nəfəri girov götürüb.

APA-nın RTL radiosuna istinadən verdiyi məlumata görə, hadisə Fransa paytaxtı yaxınlığında yerləşən Kolomb şəhərinin poçt binasında baş verib.

 

Həmin şəxsin “Kalaşnikov” markalı avtomat, tapança və bir neçə qumbara ilə silahlandığı bildirilir.

 

Polis insidenti terror aktı kimi qiymətləndirmir. Silahlı şəxslə danışıqların aparılacağı gözlənilir. Yerli mətbuatın yazdığına görə, bu adam əvvəllər xırda xuliqanlığa görə məsuliyyətə cəlb olunub. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369382

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR