“Beynəlxalq Astronomiya İttifaqının 100 illik yubileyi münasibətilə Azərbaycanda təşkil edilən "BAİ100 Ekzoplanetləri adlandırın" müsabiqəsinin adlarla bağlı təkliflərin qəbulu mərhələsi başa çatıb. Müsabiqəyə təqdim olunan 1000-dən çox təklif arasından 10 təklif seçilib və ictimaiyyətin açıq səsverməsi üçün təqdim olunub”.
Bunu Metbuat.az-a açıqlamasında Tusi-Bohm Planetariumun rəhbəri Famil Mustafa deyib. O bildirib ki, səsvermə 25 oktyabrdan 10 noyabra kimi davam edəcək.
“Səsvermə mərhələsi zamanı BAİ-nin Azərbaycan üzrə Astronomiya Əlaqələndirmə İdarəsinin saytında ictimaiyyətin online səs verməsi üçün link təqdim olunub. Yekunda ən çox səs toplamış 3 təklif baxılması üçün Beynəlxalq Astronomiya İttifaqına göndəriləcək. BAİ tərəfindən 3 təklifdən biri seçiləcək. “BAİ100 Ekzoplanetləri adlandırın” İdarə Heyətinin yekun qiymətləndirməsindən sonra nəticələr dekabrda elan ediləcək. / APA