Azərbaycanda yaşayış binasında PARTLAYIŞ - Təxliyə aparıldı

Azərbaycanda yaşayış binasında PARTLAYIŞ - Təxliyə aparıldı
12:05 26 Oktyabr 2019
83 Ölkə
Ölkə mətbuatı
A- A+

Gəncə şəhərinin Kəpəz rayonunda beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yanğınla nəticələnən partlayış baş verib.

Milli.Az-a FHN-dən verilən məlumata görə, yanğın nəticəsində ümumi sahəsi 25 m² olan 1 otaqlı mənzilin yanar konsturuksiyaları 16 m² sahədə yanıb. Partlayış dalğasının təsirindən otağın qapı və pəncərə çərçivələri yerindən çıxıb. Yanğın zamanı 5 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/797317.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR