“Qalatasaray”ın Fransa nəhəngi “Monako”dan transfer etdiyi Radamel Falkao zədəli olduğu üçün uzun müddətdir ki, yaşıl meydanlardan uzaq qalıb.
Publika.az xəbər verir ki, bonuslarla birlikdə 7 milyon avro qazancı olan ulduzun “Beşiktaş” derbisində oynamaması “sarı-qrımızılı” komandada müzakirələrə səbəb olub.
Onun kritik matçda komandasına kömək etməməsi “bu qədər pul boşunamı verildi” mübahisəsini alovlandırıb.
Mövsümün ilk 3 həftəsində forma geyinməyən Falkao liqada çıxdığı ilk matç olan “Kasımpaşa” ilə qarşılaşmada ilk və tək qolunu vurub. “Malatya” səfərində sadəcə 1 dəqiqə yaşıl meydanda olan ulduz sadəcə “Fənərbağça” ilə derbidə 90 dəqiqə oynayıb.