Millimiz qrupu birinci pillədə başa vurdu

Millimiz qrupu birinci pillədə başa vurdu
22:12 26 Oktyabr 2019
50 İdman
Ölkə mətbuatı
A- A+

Futzal üzrə Azərbaycan millisi 2020-ci ildə keçiriləcək dünya çempionatının əsas mərhələsinin 3-cü qrupunda bu gün son oyununu keçirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Joze Alesio da Silvanın komandası Slovakiya ilə qarşılaşıb. İlk iki oyunda Moldova və Monteneqro üzərində qələbə qazanaraq elit-raunda vəsiqəni rəsmiləşdirən millimiz bu görüşdə də qalib gəlib - 2:0.

Bununla da millimiz maksimum - 9 xalla qrupu birinci pillədə başa vurub.

26 oktyabr

Azərbaycan - Slovakiya 2:0
Qollar: Bolinya, 29:21. Vassura, 34:38.
Hakimlər: Andrey Çernı (Çexiya), İnqus Puriņş (Latviya), İnqo Hemsot (Almaniya)
Bakı İdman Sarayı

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/797468.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR