Şahmatçılarımız Avstriya yığmasını məğlub etdi

Şahmatçılarımız Avstriya yığmasını məğlub etdi
06:28 27 Oktyabr 2019
127 İdman
Ölkə mətbuatı
A- A+

Batumidə komandalararası Avropa çempionatının üçüncü turunun oyunları başa çatıb.

Publika.az xəbər verir ki, qadınlardan ibarət komandamız Avstriya yığmasına böyük hesabla qalib gəlib - 3,5:0,5. Şahmatçılarımızdan Xanım Balacayeva Veronika Exler, Ülviyyə Fətəliyeva Denise Trippoldı, Türkan Məmmədyarova Barbara Teuschler üzərində qələbə qazanıblar. Komandamızın digər üzvü Gülnar Məmmədova Julia Novkoviclə heç-heçə edib. Bu nəticə ilə qadın yığmamız turnir cədvəlində xeyli irəliləyərək 8-ci yerdə qərarlaşıb.

Kişilərdən ibarət komandamız Ukrayna yığmasının üzvləri ilə mübarizə aparıblar. Təmsilçilərimizdən üçü - Şəhriyar Məmmədyarov Vasili İvançuk, Rauf Məmmədov Andrey Volokitin, Qədir Hüseynov Vladimir Anisçuk ilə heç-heçə ediblər. Yığma üzvlərindən yalnız Arkadi Naydiçin Yuri Kuzobovla qarşılaşması məğlubiyyətlə bitib. Nəticədə yığmamız Ukrayna komandasına məğlub olub - 1,5:2,5.

Qeyd edək ki, kişilərdən ibarət komandamız birinci turda Serbiya (3,5:0,5), ikinci turda Fransa komandalarını (2,5:1,5) məğlub edib. Qadın yığmamız birinci turda Latviya şahmatçılarına böyük hesabla (4:0) qalib gəlsə də, ikinci turda İspaniya yığmasına (0,5:3,5) uduzub.

Xatırladaq ki, kişilərdən ibarət komandamız hazırkı Avropa çempionudur. Yığmamız ümumilikdə üç dəfə Avropa çempionu olub.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/294283.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR