"Milli Şura"nın sədri Cəmil Həsənli müxalifətin 2 noyabra təyin etdiyi mitinqin təxirə salınmasını təklif edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Cəmil Həsənli öz "Facebook" səhifəsində paylaşıb.

Paylaşımda deyilir:

"Təklif edirəm ki, MŞ KM üzvləri və AXCP rəhbərliyi mənim bu təklifimi təcili müzakirə etsin. 2 noyabr mitinqini təxirə salaq, hərəkatımızın yeni dalğası hələ indi başlayır, əhalinin qorxudulmasına bəhanə verməyək".

Milli.Az