Ruhani ABŞ-ın müttəfiqlərinə məktub yolladı

Ruhani ABŞ-ın müttəfiqlərinə məktub yolladı
15:13 5 Noyabr 2019
60 Digər
Ölkə mətbuatı
A- A+

İran prezidenti Həsən Ruhani Səudiyyə Ərəbistanı və Bəhreyn kralına məktub ünvanlayıb.

Publika.az xəbər verir ki, bu barədə İran hökumətinin rəsmi nümayəndəsi Əli Rəbbi məlumat yayıb.

O bildirib ki, bölgədə təhlükəsizliyin təmin olunması yalnız region dövlətlərinin qarşılıqlı əməkdaşlığı ilə mümkündür. Kənar qüvvələr bölgəyə təhlükəsizliyi təmin etmək üçün deyil, öz maraqları naminə gəlirlər. İran ilə Səudiyyə Ərəbistanı yaxın qonşu olmaqla yanaşı, həm də din birliyinə malikdirlər. ABŞ-ın sanksiyaları Tehran ilə Ər-Riyadın əlaqələrinə zərər vurmamalıdır. İran həmişə qonşuları ilə əlaqələri inkişaf etdirməkdə maraqlı olub.

İran gərginliyi aradan qaldırmaq üçün Səudiyyə Ərəbistanı, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri ilə dialoqa başlamaq və əlaqələri bərpa etmək niyyətindədir.

Qeyd edək ki, bu ölkələr qarşılıqlı olaraq bir-birlərini neft tankerinə hücumda ittiham edirdilər. Onların son aylarda münasibətlərində istilik müşahidə olunur.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/neareast/295193.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR